ain.az, Konkret.az saytına istinadən bildirir.
“Əgər İran strateji cəhətdən məğlub olsa, “Zəngəzur dəhlizi” layihəsinin reallaşması yalnız zaman məsələsi olacaq”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Vaqe Davtyan deyib.
“Ümumiyyətlə, İranın arsenalında mühüm strateji alət, Hörmüz boğazı var. Tehran dəfələrlə beynəlxalq təzyiqlərin artacağı təqdirdə boğazı bağlamaqla hədələyib. Boğazın bağlanması beynəlxalq neft böhranına gətirib çıxara bilər və bu, xüsusilə dünyanın ən böyük neft idxalçısı olan ABŞ-ı vura bilər. Tramp administrasiyasının legitimliyinin kəskin azalması və daxili gərginliyin artması nəzərə alınmaqla, risklər nəzərəçarpacaq dərəcədə çoxdur. Hörmüz boğazı dünyanın dəniz neft ixracının təxminən 30%-ni təşkil edir. Fars körfəzində hasil edilən neftin 90%-i onun vasitəsilə ixrac olunur. Dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bu kommunikasiya xətti iflic olarsa, neftin qiyməti 300-350 ABŞ dollarına qədər qalxacaq. Düzdür, Vaşinqtonun Fars körfəzində əks çəkisi var – Bəhreyndən idarə olunan ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması yerləşir. Lakin onun yerləşdirilməsi Körfəzdə bütün rabitə sistemini iflic vəziyyətinə salmaqla vəziyyəti daha da gərginləşdirə bilər. Digər tərəfdən, İsraili dəstəkləyən Vaşinqton birbaşa hərbi əməliyyatlara əl atmağa hazırdırmı? Sual ritorikdir və cavabsızdır. Artıq bu gün səhər dünya bazarında neftin qiyməti kəskin artaraq 75 ABŞ dollarını (Brent) keçib. Trend davam edir”, – Davtyan vurğulayıb.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Müşviq Tofiqoğlu
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.