AZ

Moldova XİN vətəndaşları İsrailə səfərdən çəkinməyə çağırıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kişineu, 13 iyun, AZƏRTAC

Moldova Respublikasının Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar İsrail Dövləti üçün ən yüksəksəviyyəli səyahət xəbərdarlığı edib. Bu ölkədə Böhran Mərkəzi də fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, artıq İsraildə olan Moldova vətəndaşları maksimum ehtiyatlı olmağa və səlahiyyətlilərin göstərişlərinə ciddi əməl etməyə çağırılır.

İsrailin hava limanları, o cümlədən Ben Qurion aeroportu fəaliyyətini müvəqqəti dayandırıb. Bundan əlavə, İsrail, Misir və İordaniya arasında dəniz limanları və quru sərhəd keçidləri bağlanıb və ya bloklanıb.

Xarici İşlər Nazirliyi İsraildəki Moldova vətəndaşları üçün təcili tövsiyələr verib: yerli hakimiyyət orqanlarının göstərişlərinə ciddi əməl edin; bomba sığınacaqlarının yaxınlığında qalın; xüsusilə ölkənin şimalında və cənubunda lazımsız səyahətlərdən çəkinin; izdihamlı yerlərdən, ictimai nəqliyyatdan və ticarət mərkəzlərindən qaçın; Moldova Respublikasının Təl-Əvivdəki səfirliyinin və İsrail hakimiyyətinin rəsmi məlumatlarını daim izləyin.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Bəyanatda deyilir: “Xarici İşlər Nazirliyi regionda baş verənləri diqqətlə izləyir və zərərçəkmiş Moldova vətəndaşlarına dəstək verməyə hazır olduğunu bildirir”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
azertag.az

2Mənbələr