AZ

Körpələrdə və uşaqlarda qəbizlik: Nə zaman narahat olmalı?

Uşaqlarda qəbizlik nəcis ifrazının azalması və çətinləşməsi ilə müşahidə olunan bir haldır. Xüsusilə körpələrdə bu vəziyyətə daha tez-tez rast gəlinir. Qəbizlik adətən nəcis bərkiyəndə, uşaq ağrı hiss edəndə və ya 3 gündən çox nəcis etmədikdə qeyd olunur.


Pravda.az bildirir ki, qəbizlik zamanı uşaqlarda nəcis bərk və qırıq-qırıq olur, nəcis zamanı qan müşahidə oluna bilər, tualetə getməkdə qorxu və çətinlik yaşanır.


Səbəbləri


Qəbizlik uşaqlıq dövründə geniş yayılıb. Həddindən artıq inək südü istehlakı, su azlığı, lifsiz qidalanma, məktəbdə tualetə getməkdən çəkinmə və psixoloji səbəblər bu vəziyyətə gətirib çıxara bilər.


Profilaktika və tövsiyələr


– Lifli qidalar: armud, ərik, gavalı, incir, yulaf, kələm, mərci, lobya, noxud, balqabaq şorbası.
– Süd məhsulları və qaz yaradıcı qidalar (kola, kakao, qoz-fındıq) müvəqqəti kəsilməlidir.
– Kifayət qədər maye qəbul olunmalı, uşaqlara gündəlik tualet vərdişi aşılanmalıdır.
– Qəbizliyin davam etdiyi hallarda pediatr və ya uşaq qastroenteroloquna müraciət olunmalıdır.


Qidalanma necə olmalıdır?


Körpələrdə qəbizlik hallarında süd dəyişiklikləri və qidalanma forması yenidən nəzərdən keçirilməlidir. Ana südü ilə qidalanan körpələrdə qəbizlik nadir hallarda müşahidə edilir. Süni qida və ya inək südünə keçid dövründə qəbizlik daha çox baş verir. Uşaqların sağlam və balanslı bəslənməsi problemi önləməkdə əsas rol oynayır.


Əminə Bayramova 

Tarix: 13 İyun 2025, 14:55   
Seçilən
7
pravda.az

1Mənbələr