AZ

Bu küçədə asfalt dağılıb, avtobuslar 2 ci zolaqla hərəkət edir VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Son illər ölkəmizdə nəqliyyat infrastrukturunda görülən işlər paytaxtda bir çox istiqamətlərdə irəliləyişlərə gətirib çıxarıb. Lakin yenə də bəzi qüsurlar özünü göstərməkdədir. Bunun da əsasını yollara çəkilən asfaltın keyfiyyəti təşkil edilir. Hətta paytaxtın ən işlək yollarında belə asfalt örtüyünün yararsız hala düşməyini, bu səbəbdən də avtomobillərə ziyan dəydiyini müşahidə edirik.

Avtosfer.az xəbər verir ki, Bakının Xətai rayonunda “Ukrayna” dairəsi yaxınlığında da asfalt örtüyü sıradan çıxıb. Acınacaqlı hal isə ondan ibarətdir ki, bu şərait avtobus zolağında yaranıb.

Belə ki, rayonun Məhəmməd Hadi küçəsində “IST Petrol”un qarşısından keçən hissədə asfalt örtüyü dağılıb, buna görə də avtobuslar 2-ci zolaqla hərəkət etməli olur. Bu da digər nəqliyyat vasitələrinin də hərəkətində problem yaradır. Nəticədə, dairə yaxınlığında sıxlığa düşmək istəyəməyən sürücülər ya qırmızı işıqda keçir, ya da yanacaqdoldurma məntəqəsinin içərisindəki ərazidən istifadə edib dairəyə daxil olur.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Bütün bunlar sonda dairədə tıxacın yaranmasına gətirib çıxarır.

Sakinlər deyir ki, bu əraziyə artıq neçənci dəfədir ki, asfalt çəkilir, hər dəfə də çəkilən asfalt qısa müddət ərzində dözür, sonra isə yenidən yararsız vəziyyətə düşür.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
avtosfer.az

1Mənbələr