AZ

"Uimbldon"un mükafat fondu rekord həddə çatıb

2025-ci ildə "Uimbldon" tennis turnirinin ümumi mükafat fondu 53,5 milyon funt sterlinq (təxminən 73 milyon dollar) təşkil edəcək.

İdman.biz xəbər verir ki, bu, rekord göstəricidir – ötən illə müqayisədə məbləğ 7 faiz artıb.

Təklərin yarışında qaliblər 3 milyon funt sterlinq (təxminən 4 milyon dollar) mükafat alacaqlar. İlk mərhələdə məğlub olan tennisçilər isə 66 min funt sterlinq (təxminən 89 min dollar) qazanacaqlar ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdur.

"Uimbldon"un əsas turnirinin oyunları iyunun 30-dan iyulun 13-dək keçiriləcək. Hazırkı çempionlar ispan Karlos Alkaras və çexiyalı Barbora Kreyçikovadır.

İdman.biz

Seçilən
19
idman.biz

1Mənbələr