
Məhəmməd Pakpur İsrailin hücumu nəticəsində öldürülən Hüseyn Salaminin yerinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri təyin edilib, Əbdülrəhim Musəvi isə eyni hücumda öldürülən Məhəmməd Baqirinin yerinə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu təyinatlarla bağlı rəsmi məlumatı İRİB dövlət televiziya və radio şirkəti İranın ali dini lideri Əli Xamneyinin sərəncamına istinadla yayıb.
Qeyd edək ki, İsrailin İranın hərbi obyektlərinə və mülki infrastruktura hücumu nəticəsində ölkənin hərbi liderlərindən Hüseyn Salami və Məhəmməd Baqiri öldürülüb.
İsrailin baş naziri Benyamin Netanyahunun sözlərinə görə, hücum 200 döyüş təyyarəsinin iştirak etdiyi çoxgünlük əməliyyatın başlanğıcı olub və İran buna cavab olaraq İsrail ərazisinə 100-dən çox pilotsuz uçan aparatı göndərib.