AZ

Metyu Brayza SİRLƏRİ AÇDI – İsrailin bugünkü hücumun təməli 8 ay əvvəldən atılıb... – ÖZƏL

“Əvvəla, aydındır ki, İran həqiqətən də nüvə silahı əldə etmək üçün çalışıb. Sadəcə olaraq hələlik bu silahı istehsal etmək həddini keçməyib. Son həftələrdə belə xəbərlər yayıldı ki, İran son iyirmi il ərzində gizli bir silah proqramı həyata keçirib”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İran-İsrail savaşı ilə bağlı QORXUNC SSENARİ – Bu ölkələr də münaqişəyə daxil ola BİLƏR



İsrailin İrana hücumu, mövcud müharibə riskini və ABŞ-nin mövqeyi haqqında danışan diplomat İranın son illər gizli olaraq uran zənginləşdirdiyini bildirib.

“BMT-nin bu barədə hesabatları olub. Cümə axşamı BMT-nin nüvə nəzarəti orqanı olan Beynəlxalq Atom Enerjisi Agentliyi İranın Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsindəki öhdəliklərini pozduğunu bildirən bir qətnamə qəbul etdi – yəni İran çox yüksək səviyyədə və normadan artıq uran zənginləşdirirdi və digər pozuntular törədirdi. İran buna cavab olaraq bəyan etdi ki, əgər bizi bundan ittiham edirsinizsə, o zaman başqa yolumuz yoxdur – məhz elə bizi ittiham etdiyiniz kimi davranacağıq: yəni uranın zənginləşdirilməsini artıracağıq və silah səviyyəsinə daha da yaxınlaşdıracağıq”.

Diplomat əlavə edib ki, İsrail hələ ötən ilin oktyabr ayında İranı zəiflədib və bu gün əsas hücuma keçib:

“İsrailin indi hücuma keçmək qərarı verdiyini düşünmürəm, çünki oktyabr ayında həyata keçirdiyi hücumlarla İranın hava hücumundan müdafiə sistemlərini zəiflətmişdi. Xatırlayırsınızsa, o zaman İsrail əvvəlcə Dəməşqdəki İran diplomatik obyektinə, sonra isə Beyrutdakı digər İran obyektinə hücum etmişdi. İran isə buna cavab olaraq kütləvi raket zərbələri endirdi, amma onların hamısı (bir-ikisi istisna olmaqla) İsrailin hava hücumundan müdafiə sistemləri, o cümlədən ABŞ və avropalı müttəfiqlərin yardımı ilə havada məhv edildi.
 

Bu vəziyyət İsrail tərəfindən İranın nüvə imkanlarını – mümkün qədər çox hissəsini – o cümlədən alimləri və hərbi komandirləri hədəf almaq üçün ən aşağı riskli bir vaxt kimi qiymətləndirildi. Çünki İranın hava hücumundan müdafiə sistemləri bu zərbələrə qarşı effektiv müdafiəni təmin edə bilməyəcəkdi. Buna baxmayaraq, bu, yenə də çox riskli bir əməliyyatdır.


Hələ də aydın deyil ki, İran necə cavab verəcək. Ali rəhbər Xamenei bəyan edib ki, İsrail ciddi şəkildə cəzalandırılacaq, lakin bu cəzanın nə olacağı məlum deyil”, - deyə M.Brayza əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

Seçilən
6
2
bizim.media

3Mənbələr