242 nəfərin ölümünə səbəb olan təyyarənin QARA QUTUSU TAPILDI
Ajans.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, qara qutular qəzadan bir neçə saat sonra aşkar edilərək götürülüb. Onlar qəzaya nəyin səbəb olduğunu müəyyən etməyə kömək edəcəklər. Cümə axşamı, iyunun 12-də Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin yaşayış massivində Air India şirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Təyyarə Londona gedərkən, havaya qalxdıqdan qısa müddət sonra kapitan kritik fövqəladə vəziyyət elan edən təcili yardım çağırışı edib.