AZ

Rusiya İsrailin hücumunu pislədi

Rusiya Xarici İşlər Nazirliyi İsrailin beynəlxalq hüququ pozaraq İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatı qətiyyətlə pisləyib.


Manset.az-ın əldə etdiyi məlumata görə, Rusiya İsraili regionda gərginliyi artırmaqda ittiham edərək, bu hərəkətin Yaxın Şərqdə sabitliyə təhdid yaratdığını vurğulayıb.

Həmçinin, BMT-nin nizamnaməsinə zidd olan bu hücumun qəbuledilməz olduğu bildirilib.

Nazirlik MAQATE-ni hadisələri obyektiv araşdırmağa, tərəfləri isə təmkinli olmağa çağırıb.

Seçilən
9
manset.az

1Mənbələr