AZ

Əhaliyə XƏBƏRDARLIQ – “Benzin və dizel BAHALAŞA BİLƏR”

Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiq olunmasını təklif edib. Bunu Dünya Bankı Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində “Karbon Qiymətqoyması və Beynəlxalq Karbon Bazarları” mövzusunda keçirilən seminarda Dünya Bankının Azərbaycandakı heyət rəhbəri Yasemin Oruc bildirib.

O, ölkədə karbon qiymətqoyma siyasətinə keçidlə bağlı tövsiyələrini açıqlayıb.

Yasemin Orucun sözlərinə görə, əgər Azərbaycan hökuməti karbon qiymətqoyma alətlərini tətbiq etmək qərarına gəlsə, bu proses karbon tərkibli yanacaq növlərinə görə tətbiq edilən karbon vergisi ilə başlanmalıdır.

Azərbaycanda karbon vergisi tətbiq oluna bilər?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, Dünya Bankı bütün dünyada karbon emissiyasının azaldılması üçün ayrı-ayrı ölkələrə təkliflər göndərir:

“Bu sahəyə qarşı həssas münasibət üçün vergi sisteminə yeni təkliflər irəli sürür. Nəzərə alaq ki, COP29-da bir sıra mühüm qərarlar qəbul edilib. Onlardan biri də karbon emissiyasının azaldılmasıdır. Bunun üçün ilk növbədə karbon emissiyasının dəqiq statistikası olmalıdır. Bundan sonra isə karbon emissiyasının azaldılması üçün layihələr icra edilməlidir. Həmin layihələrdən biri də karbon vergisidir. Bu vergi həm karbon emissiyasının azaldılmasını stimullaşdırır, həm də yığılan vergilər hesabın dövlət digət tədbirlər görə bilir.

Yanacağa tətbiq edilən vergilər artırılacaq.

Müsahibimiz deyir ki, aparılan hesabata əsasən bir litr yanacağın əmələ gətirdiyi karbon emissiyası hesablanır:

“Daha sonra karbon emissiyasının qiyməti müəyyən edilir. Tutaq ki, bir litr dizel yanacağında karbon emissiyasının qiyməti 5 qəpikdir. Benzin növlərində deyək ki, birində 3, birində isə 2 qəpikdir. Sözügedən məbləğ gələcəkdə yanacağın qiymətinin üstünə əlavə olunur. Beləcə, yanacaq bir qədər bahalaşacaq. Məsələn bu gün dizel yanacağının qiyməti 1 manatdırsa, bu qayda tətbiq edildikdən sonra qiymət olacaq 1 manat 5 qəpik. Dediklərim təxminlərdir. Ola bilsin ki, yanacağın qiyməti yenidən optimallaşdırılsın”.

Akif Nəsirli qeyd edib ki, karbon vergisi təkcə yanacağa tətbiq olunmayacaq:

“Tədricən istehsal və xidmət sahələrinə də bu vergi tətbiq olunacaq”.


Seçilən
10
7
news24.az

8Mənbələr