AZ

2025 FIFA Klublararası Dünya Çempionatının mükafat fondu açıqlandı

2025-ci ildə ABŞ-də keçiriləcək FIFA Klublararası Dünya Çempionatında iştirak edən 32 klub arasında ümumilikdə 1 milyard dollar pul mükafatı bölüşdürüləcək.

Operativ Media xəbər verir ki, turnirin finalına yüksələcək komandalar ümumilikdə 7 oyun keçirəcək və çempion olacaq klub 125 milyon dollar qazanmaq imkanı əldə edəcək.

Mükafat bölgüsü aşağıdakı kimidir:

Qrup mərhələsində hər qələbəyə görə klub 2 milyon dollar, heç-heçəyə görə isə 1 milyon dollar əldə edəcək.

- 1/8 finala yüksələn komandaya əlavə 7,5 milyon dollar veriləcək.

- 1/4 finala çıxanlar üçün bu məbləğ 13,125 milyon dollara yüksəlir.

- Yarımfinalda oynayan klublara 21 milyon dollar ödəniləcək.

- Finalda məğlub olan klub 30 milyon dollarla kifayətlənəcək.

- Turnirin qalibi isə əlavə 40 milyon dollar əldə edəcək.

Klublara bölgə üzrə iştirak payı isə belə müəyyən olunub:

Avropa: klub başına 12,81–38,19 milyon dollar

Cənubi Amerika: 15,21 milyon dollar

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi: 9,55 milyon dollar

Asiya: 9,55 milyon dollar

Afrika: 9,55 milyon dollar

Okeaniya: 3,58 milyon dollar

Turnir 15 iyun - 13 iyul tarixlərində keçiriləcək. 

Seçilən
7
operativmedia.az

1Mənbələr