AZ

SEPAH-a daha bir zərbə

SEPAH-ın Hərbi Hava Qüvvələrinin Komandanı və Hərbi Hava Qüvvələrinin Yüksək Komandanlıq heyəti məhv edilib.

İsrail Kəşfiyyat İdarəsi müəyyən edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Hava Qüvvələrinin yüksək komandanlıq heyəti İsrail Dövlətinə qarşı hücuma hazırlaşmaq məqsədilə yeraltı komanda mərkəzində toplanıb.

İsrail Hərbi Hava Qüvvələrinə (İHHQ) məxsus qırıcı təyyarələr həmin komanda mərkəzinə zərbə endirib. Zərbə nəticəsində SEPAH-ın Hərbi Hava Qüvvələrinin Komandanı Əmir Əli Hacızadə və digər yüksək rütbəlilər məhv edilib.

Hacızadə ilə birlikdə SEPAH-ın PUA Qüvvələrinin Komandanı Tahirpur və SEPAH-ın Hava Komandanlığı Komandanı Davud Şeyxiyan da zərərsizləşdirilib.

***

İranın dini lideri Əli Xameneyi cümə günü İsrailin rejimə etdiyi hücumlar nəticəsində öldürülən SEPAH komandanlarının, Xatəmül-Ənbiya Qərargahının və İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərlərinin yerinə yeni təyinatlar həyata keçirdi.

Əli Xameneyi bir fərmanla Məhəmməd Pakpura general-polkovnik rütbəsi verərək onu SEPAH-ın baş komandanı təyin etdi. Pakpur bundan əvvəl SEPAH-ın quru qoşunlarının komandanı idi və o, Hüseyn Səlaminin yerinə keçdi.

Xameneyi həmçinin Əli Şadmaniyə də general-polkovnik rütbəsi verərək onu Mərkəzi Xatəmül-Ənbiya Qərargahının komandanı təyin etdi. Bu vəzifə əvvəl İsrail hücumu nəticəsində öldürülən Qülaməli Rəşidə məxsus idi.

O, eyni zamanda ordu komandanı Əbdürrəhim Musavini Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin etdi. Bu vəzifəni əvvəllər Məhəmməd Baqeri icra edirdi və o da cümə günü səhər saatlarında öldürülüb.

Seçilən
30
vaxt.az

1Mənbələr