Bakı. Trend:
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolİsrailin İrana endirdiyi zərbələrlə əlaqədar narahatlığını ifadəedib.
Trend xəbər verirki, bu barədə Fatih Birol "X" sosial şəbəkə hesabında paylaşımındaqeyd edib.
“Beynəlxalq Enerji Agentliyi İsraillə İran arasındakıeskalasiyanın neft bazarlarına təsirlərini diqqətlə izləyir”, -deyəo bildirib.
İcraçı direktorun sözlərinə görə, Agentlik zərurər yaranarsamüvafiq ölçülər götürəcək.
“BEA-nın neft təhlükəsizliyi sisteminə 1,2 milyard bareldən çoxstrateji ehtiyat daxildir və o artıq qlobal iqtisadiyyatınqorunmasında əsas rolunu sübut edib”, – Birol paylaşımında qeydedib.
Qeyd edək ki, daha əvvəl Niderlandın bank qrupu ING xəbərdarlıqedib ki, İranla İsrail arasında gərginliyin davam etməsi halındaneftin qiyməti bir barel üçün 150 dollar həddini aşa bilər.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.