Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz, Lənkəran və Neftçala rayonlarının inzibati ərazisindəki akvatoriyasında, Alazan çayının Mingəçevir Su Anbarına tökülən hissəsində, Mingəçevir və Şəmkir su anbarlarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Araşdırma zamanı həmin şəxslərin Xaçmaz rayonu Ərəb kənd sakinləri Fərrux Ağayev və Rəfail Məmmədov, Lənkəran rayonu Göyşaban kənd sakini Dmitriy İvanuşin, Neftçala rayonu Bankə qəsəbə sakinləri Mirməhəmməd Mikayılov və Elnur Şəfiyev, Şəmkir rayonu Səməd Vurğun küçə sakini Vüqar Həsənov, Mingəçevir şəhər sakini Ağəli Sadıqov, Yevlax rayon Xanabad kənd sakini Mahmudov Taleh olduğu müəyyən edilib. Onlardan qanunsuz ovlanmış xeyli sayda balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.Ekologiya.az