AZ

İran razılaşma fürsətini itirdi - Tramp

BAKI, TurkicWorld

İran razılığa gəlməzsə, növbəti hücumlar daha da qəddar olacaq.

TurkicWorld xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılaşma şansını dəyərləndirmədiyini bildirib və növbəti hərbi addımların daha sərt olacağını bəyan edib.

“İrana nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün kifayət qədər imkanlar verildi, lakin Tehran bu fürsətdən istifadə edə bilmədi. İran gec olmadan razılığa gəlməlidir və vaxtilə İran İmperiyası kimi tanınan ərazidən geriyə qalanları xilas etməlidir” - deyə Tramp açıqlamasında deyib.

“Bu vəziyyətə son qoymağın vaxtıdır. Növbəti planlaşdırılan hücumlar daha da qəddar olacaq”- deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İsrailin İrana qarşı həyata keçirdiyi son hücumlarla bağlı ilk açıqlamasında “İranın nüvə bombası ola bilməz. Biz ümid edirik ki, danışıqlar masasına qayıda bilərik” - deyə bildirib . Tramp, lazım gələrsə, İsrailin müdafiə ediləcəyini də bildirib. İsrailin baş naziri Benyamin Netanyahu isə Trampa təşəkkür edərək “Yaşasın Amerika” açıqlaması ilə çıxış edib.

Seçilən
44
turkic.world

1Mənbələr