Türkiyə İsrailin İrana qarşı hücumlarını qınayır.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, İsrailin İrana hücumunu “beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribat” adlandırıb:
Ərdoğanın sözlərinə görə, Netanyahu administrasiyası bölgəni və bütün dünyanı fəlakətə sürükləməyə çalışır.