AZ

Hücumçunu bir şərtlə saxlayacaqlar - Maaşının azaldılamasına razılıq versə

“Yuventus”un hücumçusu Duşan Vlahoviçin komandada qalacağı gözlənilir.

Tərəflər arasında yeni müqavilə ilə bağlı əvvəlki danışıqlar uğursuz nəticələnib, serbiyalı futbolçunun gələcəyi hələ də müəyyənləşməyib.

25 yaşlı oyunçunun sözləşməsinin müddəti gələn il başa çatacaq.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Vlahoviç “Yuventus”la müqavilənin müddətini yalnız maaşını illik 10 milyon avroya endirmək şərti ilə uzada bilər.

Klub rəhbərliyi onu bu təklifə razı salmağa çalışır.

Hazırda Vlahoviç A Seriyasının ən yüksək maaş alan futbolçusudur. Onun mövcud müqaviləsinə əsasən, 2025/26 mövsümündə illik əməkhaqqısı 12 milyon avroya yüksələcək.

Vlahoviçə “Milan”ın da maraq göstərdiyi bildirilir. Həmin komandada onu “Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri gözləyir.

Seçilən
42
sportinfo.az

1Mənbələr