AZ

İsrailin İrana zərbə endirməsindən sonra Ukrayna böyük problemlərlə üzləşib


Ukraynanın “Strana.ua” nəşri öz Telegram kanalında yazıb ki, Ukrayna İsrailin İrana zərbələri ilə bağlı mənfi nəticələr gözləyir.
"Ukrayna üçün nəticələrə gəlincə, onlar açıq-aydın mənfidir", - hesabatda deyilir.
Qeyd olunur ki, söhbət diqqətin və resursların, o cümlədən Qərb silahlarının yayındırılması və neftin qiymətinin artması ilə bağlıdır ki, bu da Rusiya iqtisadiyyatını gücləndirir, Avropa iqtisadiyyatını zəiflədir. Nəşr onu da yazır ki, ABŞ prezidenti Donald Tramp səyləri Yaxın Şərqə çevirmək üçün Ukraynadakı silahlı münaqişədən mümkün qədər uzaqlaşmağa çalışacaq.

“Strana.ua” Yaxın Şərqdə istənilən eskalasiyanın Ukrayna üçün son dərəcə əlverişsiz olduğunu vurğulayır.

Tramp İsrailin hücumu fonunda sərt açıqlama verib

İyunun 13-də İsrail SEPAH-ın Tehrandakı qərargahına və İranın nüvə proqramının əsas obyektlərinə zərbələr endirib. SEPAH komandiri Hüseyn Salami və bir neçə nüvə alimi məhv edilib. İsrailin baş naziri Benyamin Netanyahu hücumun İranın nüvə infrastrukturuna qarşı yönəldiyini təsdiqləyib.

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, İran nüvə silahının bütün komponentlərini gizli şəkildə inkişaf etdirdiyi üçün onu vurmağa məcbur olub.

aia.az
Tərcümə şöbəsi



Seçilən
10
aia.az

1Mənbələr