Roma, 13 iyun, AZƏRTAC
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi İran və İsraildəki vətəndaşlarına xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, nazirliyin məlumatına görə, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Yaxın Şərqdəki böhran vəziyyətini yaxından izləyir.
Bildirilib ki, nazir regiondakı səfirliklərlə video formatda görüş keçirib, bu ölkələrdəki İtaliya vətəndaşlarına xəbərdarlıq olunub, “qaynar xətt” yaradılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma