İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə İsrailin ölkəyə zərbələri nəticəsində öldürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı SEPAH-ın Mətbuat xidməti yayıb.
Bildirilib ki, Hacızadəh və SEPAH-ın daha bir neçə üzvü hücum zamanı həlak olub.
Xatırladaq ki, bundan əvvəl, İsrailin “Ynet” portalı israilli hərbçilərin İran Hərbi Hava Qüvvələrinin rəhbərliyinin böyük hissəsini zərərsizləşdirdiyini yazmışdı.