AZ

Avropa üçlüyü Yaxın Şərqdəki gərginliyi müzakirə edir

BAKI, 13 iyun. TELEQRAF

Avropa üçlüyünü təmsil edən liderlərBöyük Britaniya, Almaniya və Fransa baş nazirləri Yaxın Şərqdə gərginliyin artması ilə bağlı telefon danışığı aparırlar.

Teleqraf xəbər verir ki, bu barədə Berlində keçirilən brifinqdə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.

Onun sözlərinə görə, dövlət və hökumət başçıları İsraillə İran arasında son eskalasiya səbəbilə vəziyyəti müzakirə edirlər. Kornelius əlavə edib ki, “Avropa üçlüyü” ABŞ ilə sıx koordinasiya aparır.

“Almaniya münaqişə tərəflərinə təsir göstərmək və vəziyyətin deeskalasiyasına töhfə vermək üçün bütün mövcud diplomatik imkanlardan istifadə edəcək”, –hökumət nümayəndəsi vurğulayıb.

Seçilən
32
teleqraf.com

1Mənbələr