Bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri Tehranda İranın dini lideri Əli Xameneinin iqamətgahına yaxın əraziyə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə İran sosial media platformalarında məlumat və videolar paylaşılıb.
Bildirilib ki, iqamətgahın yerləşdiyi Əxtər küçəsində partlayışlar baş verib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.