AZ

Paytaxtın ayrı-ayrı rayonlarının seysmik göstəricilərinin müəyyənləşdirilməsinə başlanılır

Bakı şəhəri və ətraf ərazilərin seysmik mikrorayonlaşdırılması və fəlakətlərin idarə edilməsinin planlaşdırılması üzrə texniki layihə xidmətləri həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti ilə Azərbayca Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında müqavilə imzalanıb.

Texniki layihə xidmətinin dəyəri 1 milyon 372 min 716 manatdır.

Qeyd edək ki, bununla bağlı tender bir mənbədən həyata keçirilib.

Xatırladaq ki, Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi bir müddət əvvəl Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması xəritəsinın hazırlandığını açıqlayıb.

Seçilən
1
teleqraf.com

1Mənbələr