AZ

Elgiz Ofeliyanın müdafiəsinə QALXDI - “Kim ona qadağa qoya bilər ki?”

Son günlər müğənni Ofeliya Şabanovanın şəxsi həyatına dair verdiyi açıqlamalar cəmiyyətdə geniş rezonans doğurub. Onun ailə dəyərləri ilə bağlı efirdə səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bəs, Ofeliya Şabanovanın bu qədər diqqət çəkməsinin səbəbi nədir və onu fenomen edən sosial amillər hansılardır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tanınmış televiziya aparıcısı Elgiz Əkbər bildirib ki, bu gün televiziyanın və radionun əsas funksiyası tamaşaçı və dinləyiciyə şou təqdim etməkdir:
 

MÖVZU İLƏ BAĞLI:

Efirdə ərini başqa qadınla göstərdilər, Şura “pozuntu yoxdur” dedi – VİDEO


“Əgər orda şou yaradırsa, təbii ki, onu çağırırlar. Şəxsən cəmiyyətin bir üzvü kimi məni bu hal narahat etmir. Niyə də etsin ki? Televiziya danışmaq üçündür – biri sənətindən danışır, biri şəxsi həyatından, kimisi isə heç danışmır. Ofeliya da bu məkanın bir iştirakçısı olaraq şəxsi həyatından danışmaq istəyir və danışır. Ona kim qadağa qoya bilər ki? Heç kim!”

Aparıcının sözlərinə görə, Ofeliya Şabanova efirdə heç bir etik normaları pozmayıb:

“Ədəbsizlik etməyib, əxlaqsızlıq təbliğ etməyib, pis söz deməyib. Sadəcə ərindən danışıb. Bu da onun şəxsi hüququdur”.

Elgiz Əkbər hesab edir ki, efirdə yadda qalmaq üçün yalnız oxumaq kifayət etmir:

“Təkcə oxumaqla yadda qalmaq olmur. Gərək alternativ nələrsə edəsən ki, insanlar səni yadda saxlasın. Cəmiyyətin adından danışmaq doğru deyil. Əgər insanlar ona diqqət göstərirlərsə, demək ki, istədiyinə nail ola bilib.”

O, həmçinin əlavə edib ki, bu tip çıxışların doğru və ya yanlış olduğunu müzakirə etmək əhəmiyyətsizdir:

“Televiziya və radio artıq şou üçündür. Onlar da çıxıb şou göstərirlər. Bu düzgündür, ya yox – mənim deməyimlə nə dəyişəcək ki? Efir adamı kimi məni heç bir şəkildə narahat etmir”.

Elgiz Əkbər sonda Ofeliya Şabanovanın efirdəki son şousuna da fikir bildirib:

“Əridir, qısqanır. Bu da normaldır”, - deyə o, əlavə edib.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
6
2
bizim.media

3Mənbələr