AZ

Qarabağın işğaldan azad olunması ilə tariximizdə yeni mərhələ başlanıb- ÖZƏL

"Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin anlarda verilən qərarlar yüzilliklərin taleyini dəyişir. 15 İyun 1993-cü il - Milli Qurtuluş Günü məhz belə taleyüklü bir gündür. Həmin gün ölkəmizin uçurumun astanasından geri döndüyü, dövlətçiliyimizin süqut təhlükəsindən xilas olduğu, xalqın yenidən öz iradəsinə, inamına və gələcəyinə sahib çıxdığı gün kimi tarixə düşüb". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Müstəqilliyin ilk illərində baş verən xaos, siyasi qarşıdurmalar, iqtisadi böhran və silahlı toqquşmalar, həmçinin Qarabağ cəbhəsində yaşanan məğlubiyyətlər insanlarda dərin ümidsizlik yaratmışdı. Ölkənin hər yerində anarxiya, özbaşınalıq hökm sürür, xalqın etimadı günbəgün itirilməkdə idi. Məhz belə bir ağır dövrdə Azərbaycan xalqı nicat yolunu dahi lider Heydər Əliyevin siyasi arenaya qayıdışında gördü. Bu qayıdış sadəcə bir siyasətçinin yenidən vəzifəyə gəlməsi deyildi Bu, xalqın iradəsinin təcəssümü, milli ruhun dirçəlişi idi. Ulu öndər Heydər Əliyev öz müdrikliyi, soyuqqanlılığı və dövlətçilik təcrübəsi ilə Azərbaycanı böhrandan çıxardı. O, yalnız sabitlik yaratmadı, həm də Azərbaycanın gələcəyini müəyyən edən əsas strateji istiqamətləri formalaşdırdı. 
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi dövlət quruculuğu prosesi başladı, Konstitusiya qəbul edildi, iqtisadi islahatlar həyata keçirildi, neft strategiyası reallaşdırıldı, xarici siyasətdə balanslı mövqe tutuldu. Bu gün Azərbaycanda gördüyümüz hər bir uğurun təməlində məhz o illərdə atılmış addımlar dayanır. Ən əsası isə Ulu Öndər xalqda inam yaradaraq sübut etdi ki, xalqla bir olan rəhbər tarixin ən çətin məqamlarında belə doğru yol tapa bilər. 15 İyun tarixini dəyərli edən də məhz bu birliyin və həmrəyliyin rəmzinə çevrilməsidir.
Bu gün biz müstəqil, güclü, qalib Azərbaycan dövlətində yaşayırıq. 30 ildən artıq keçən bir dövrdə dövlətimiz regionun liderinə çevrilib, hərbi və iqtisadi gücünü sübut edib. Qarabağın işğaldan azad olunması ilə tariximizdə yeni mərhələ başlanıb. Bütün bu uğurların əsasında dayanan ideoloji və siyasi xəttin başlanğıc nöqtəsi isə 15 İyun - Milli Qurtuluş Günüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr