AZ

Dan Yorgensen: "Cənubi Qafqaz-Avropa enerji inteqrasiyası zəmanətlərin verilməsi ilə həyata keçirilə bilər"

Avropa İttifaqı Cənubi Qafqaz regionu ilə Avropa regionu arasında enerji inteqrasiyasının artırılması imkanlarını araşdırmağa hazırdır.

“Report”un Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqunun üçüncü iclasında bildirib.

O vurğulayıb ki, bu dialoq Azərbaycan ilə Aİ arasında enerji sahəsində sıx əməkdaşlığın göstəricisidir: "Belə bir dialoq çox az ölkələrlə aparılır. Azərbaycanın bu xüsusda səylərini yüksək qiymətləndiririk. Enerji təhlükəsizliyinə nail olmaq risklərin qarşısını almağı tələb edir. Enerji infrastrukturu bizim enerji keçidimizi irəlilətmək üçün əsasdır. Biz Cənubi Qafqaz regionu ilə Avropa regionu arasında enerji inteqrasiyasının artırılması imkanlarını araşdırmağa hazırıq. Bu, zəmanətlərin və qarışıq maliyyə alətlərinin səfərbərliyi ilə də həyata keçirilə bilər".

Xatırladaq ki, Azərbaycan ilə Aİ arasında enerji dialoqu 2022-ci ildən həyata keçirilir.

Seçilən
4
1
report.az

2Mənbələr