AZ

“Turan Tovuz”da istənməyən futbolçu bu təklifi geri çevirdi 

“Turan Tovuz” futbolçusu Veysəl Rzayevlə yollarını ayırmaq istəyir. Artıq bu barədə oyunçunun özünə də məlumat verilib. 

Rəhbərlik Rzayevə özünə yeni klub tapmasını məsləhət görüb. Təcrübəli yarımmüdafiəçi mövsümə Tovuz təmsilçisində başlamaya bilər. Ancaq hələlik futbolçunu qane edəcək bir təklif yoxdur.

Rzayevin xidmətində yalnız “Şamaxı” klubu maraqlı olub. Bölgə təmsilçisinin təklif etdiyi maaş isə oyunçunu razı salmayıb. Veysəl Rzayev “şirlər”in aylıq üç min manat əmək haqqı təklifini düşünmədən rədd edib.

Xatırladaq ki, Tovuz klubu ötən il Veysəllə 2+1 illik müqavilə bağlayıb. Hazırda futbolçunun bölgə təmsilçisi ilə sözləşməsi davam etsə də, Rzayev baş məşqçi Kurban Berdiyevin planlarına daxil deyil.

22 yaşlı yarımmüdaifəçi ötən mövsüm “Turan Tovuz”da meydana çıxdığı 23 matçda iki qol vurub.

İdmanxeber.az / Həsən Quluzadə

Seçilən
32
1
idmanxeber.az

2Mənbələr