2025-ci ilin ilk beş ayında Azərbaycanda 3 milyard 40,2 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.
FED.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 4,3% artıb.
Qeyd olunan məhsul qrupu ümumi pərakəndə ticarət dövriyyəsinin 13,0%-ni təşkil edib.
Təkcə may ayı ərzində bu kateqoriya üzrə satışların həcmi 594,7 milyon manat olub