BAKI, 13 iyun. TELEQRAF
“İsrailin İrana son hava zərbələri hələ başlanğıcdır”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə İsrail Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Effi Defrin deyib.
“Bu əməliyyat hələ başlanğıcdadır, İranın da (hücumlara cavab vermək üçün) imkanları və niyyətləri var. İsrail ordusu İranda çaşqınlıq yaratdı. Amma biz onlardan cavab almağa hazırlaşırıq və cavab verməyə hazırlaşdıqlarını bilirik”, - general bildirib.