BAKI, 13 iyun. TELEQRAF
Məşhur UFC döyüşçüsü Camaal Hill İsrail - İran münaqişəsi ilə əlaqədar Bakıya uçan təyyarəyə minməkdən qorxub.
Teleqraf xəbər verir ki, 34 yaşlı amerikalı idmançının əvəzinə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına onun komandası gəlib.
Orta ağır çəkidə mübarizə aparan Hill bu kateqoriyanın sabiq kəmər sahibidir.
Qeyd edək ki, Camaal Hill Bakıda keçiriləcək UFC turnirində Xalil Rauntri ilə üz-üzə gələcək. Bakı Kristal Zalında təşkil olunacaq yarış iyunun 21-də baş tutacaq.