AZ

Tehrandan SƏRT MESAJ: “İsrailə cavabın vaxtı ...”

İsrailə cavabın vaxtı və metodu İran hərbçiləri tərəfindən müəyyən olunacaq, ölkə hökuməti isə belə bir əməliyyatı dəstəkləyəcək.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti Məhəmmədrza Aref açıqlama verib.

“Cəzanın verilmə forması və vaxtı ölkəmizin təhlükəsizlik və hərbi qurumları tərəfindən müəyyən olunur. Hökumət bu qisas əməlini dəstəkləyəcək”, – deyə o, hökumətin mətbuat xidməti tərəfindən yayımlanan müraciətində bildirib.

Musavat.com

Seçilən
8
1
musavat.com

2Mənbələr