UFC döyüşçüsü Camahal Hill Bakıya gəlməyib.
Apasport.az xəbər verir ki, onu daşımalı olan təyyarə nəhayət ki, eniş edib.
Lakin idmançı Bakıya gəlməkdən son anda imtina edib.
Onun gəlişi öncə 12:35-ə planlaşdırılsa da, daha sonra 15:30-a keçirilib. Buna baxmayaraq, Hill təyyarəyə minməyib.
Buna səbəb davam edən İran-İsrail müharibəsidir. Döyüşçü vəziyyəti təhlükəli hesab edərək, Bakıya gəlməyib.
Qeyd edək ki, Hill gecənin əsas döyüşündə Halil Rauntri ilə qarşılaşacaq.
9 qat dünya çempionumuz Türkiyədə bıçaqlanıb
Sumoçularımız Avropa çempionatında iki medal qazanıblar
Tofiq Musayev UFC-də
Prezidentin nəvəsi dünya çempionu olub
UFC ulduzları Bakıya gəlir