AZ

“Real” klublararası dünya çempionatının ən titullu komandasıdır

Futbolda həyəcan FIFA klublararası dünya çempionatı ilə davam edəcək. İlk dəfə 32 komandalı formatda keçiriləcək turnirin ən titullu komandası isə İspaniyanın nəhəngi “Real Madrid”dir.

FIFA  klublararası dünya çempionatını 5 dəfə qazanan “Real Madrid” turnirin ən uğurlu komandası kimi seçilir.

90deqiqe.Az-ın məlumatına görə, İspaniya təmsilçisi iştirak etdiyi bütün final qarşılaşmalarını qələbə ilə başa vuraraq kuboku muzeyinə aparıb.

“Real Madrid” titulunu 2014, 2016, 2017, 2018 və 2022-ci illərdə qazanıb. Klub ilk dəfə 2000-ci ildə keçirilən turnirdə iştirak etsə də, uğurlarını sonrakı illərdə əldə edib.

Kral klubu 2025-ci ildə ABŞ-da təşkil olunacaq yeni formatlı, 32 komandadan ibarət FIFA  klublararası dünya çempionatında 6-cı dəfə çempionluq hədəfləyir. Baş məşqçi postuna Xabi Alonsonun gətirildiyi Madrid təmsilçisi, uğursuz keçən mövsümün ardından yeni tarix yazmaq niyyətindədir.

“Real Madrid” final oynadığı illərdə San Lorenzo (2:0), Kashima Antlers (4:2, əlavə vaxtda), Gremio (1:0), Al Ain (4:1) və Al Hilal (5:3) komandalarını məğlub edərək titul qazanıb.

2025-ci ilin iyunun 15-dən iyulun 13-dək keçiriləcək turnirdə “Real Madrid” H qrupunda Avstriyanın “Zalsburq”, Səudiyyə Ərəbistanının “Al Hilal” və Meksikanın “Paçuka” komandaları ilə mübarizə aparacaq.

Seçilən
5
90deqiqe.az

1Mənbələr