AZ

İtaliya klubunun bombardiri “Napoli”yə keçə bilər

“Napoli” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Neapol klubu “Udineze”dən Lorenso Lukkunu transfer etməyə yaxındır. Bu barədə “Sky İtalia” məlumat yayıbş

“Napoli” 24 yaşlı futbolçu üçün danışıqları davam etdirir. Məsələ artıq son mərhələdədir.

Lukka “Udineze”də başa çatan mövsümdə 33 oyunda 12 qol vurub və komandanın ən məhsuldar oyunçusu olub.

Seçilən
23
1
futbolpress.az

2Mənbələr