AZ

 2,6 milyon insan peyvənd olunacaq - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sudan üzrə nümayəndəsi Şible Sahbani bildirib ki, ölümcül vəba epidemiyasının qarşısını almaq məqsədilə Xartum əyalətində 2,6 milyon nəfərə peyvənd vurulması planlaşdırılır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, münaqişələr səbəbindən insanlar təmiz su çatışmazlığı olan ərazilərə qayıdır və çirkli sudan istifadə edirlər. Bu isə epidemiyanın sürətlə yayılmasına səbəb olub.

2024-cü ilin iyul ayından bu günə qədər ölkədə 20 min vəba hadisəsi və 250-yə yaxın ölüm qeydə alınıb. Ümumilikdə isə 14 əyalət və 98 rayonda 1854 ölüm faktı təsdiqlənib.

Peyvənd kampaniyası ÜST və UNICEF-in dəstəyi ilə Xartumun yüksək riskli beş bölgəsində həyata keçirilir.

Seçilən
16
manset.az

1Mənbələr