AZ

Ərdoğan İsrailin İrana hücumunu sərt tənqid edib

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrailin İrana hücumunusərt tənqid atəşinə tutaraq, İsrail administrasiyasının bütünregionu və dünyanı fəlakətə sürükmələyə çalışdığını bildirib.

Trend xəbər verirki, bu barədə Türkiyə lideri rəsmi “X” səhifəsində yazıb.

“İsrail bu səhərdən etibarən, xüsusilə Qəzza olmaqla, bölgəmiziqana, göz yaşına və sabitsizliyə qərq etmə strategiyasını çoxtəhlükəli bir mərhələyə daşıyıb.İsrailin qonşumuz İranı hədəf alanhücumları beynəlxalq hüququ heçə sayan açıq-aşkar bir təxribatdır.İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi vəQəzzaya qarşı həyata keçirilən qeyri-insani əməllər səbəbindənbeynəlxalq təzyiqlərin artdığı bir dövrdə baş verən bu hücumlarİsrailin qayda tanımayan düşüncəsini açıq şəkildə ortaya qoyur.

Netanyahu rəhbərliyi düşüncəsiz, aqressiv və hüququ tanımayanhərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətəsürükləməkdədir. Beynəlxalq ictimaiyyət qlobal və regionalsabitliyi hədəf alan İsrail banditliyinə artıq “dur” deməlidir”,-Ərdoğan yazıb.

Məqalədə:
Seçilən
2
az.trend.az

1Mənbələr