AZ

İsrail Hacızadəni də öldürüb

İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin öldüyü təsdiqlənib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü İsrail televiziyası ilə yayımlanan bəyanatda bildirib.

Qeyd olunur ki, qırıcı təyyarələr digər yüksək rütbəli məmurlarla birlikdə SEPAH Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin də yerləşdiyi qərargaha hücum edib.

İDF-nin məlumatına görə, Hacızadə ilə birlikdə İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin PUA komandiri Taher Pur və İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə komandiri Davud Şihyan da həlak olub.

Seçilən
37
publika.az

1Mənbələr