Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Qarabağ və Şərqi Zəngəzurda ev təsərrüfatlarında alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı layihənin icrası davam edir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bərəkət” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin rəhbəri, professor Niyazi Həsənov Agentlik tərəfindən təsdiqlənmiş icra qrafikinə uyğun olaraq hazırlıq işlərinin və görüşlərin keçirilməsi məqsədilə bu ilin 12 may - 1 iyun tarixləri arasında Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Şuşa rayonlarında səfərdə olub.Newscenter.az xəbər verir ki, səfər zamanı layihə rəhbəri sözügedən bölgələrdə tikilməkdə olan yaşayış məntəqələrinə baş çəkib, Günəş Elektrik Stansiyasında görülən işlərlə maraqlanıb, həmçinin artıq məskunlaşma olmuş yaşayış məntəqələrində sakinlərlə görüşlər keçirib. Eləcə də hazırda fəaliyyət göstərən bərpa, tikinti və idarəetmə xidmətlərinin, o cümlədən Şuşa Şəhər Qoruq İdarəsinin əməkdaşları ilə müzakirələr təşkil edilib.
Niyazi Həsənov Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Xüsusi Nümayəndəliyinin idarəetməsində olan və tikintisi davam edən Cəbrayıl rayonunun Şükürbəyli, Zəngilan rayonunun Məmmədbəyli və Qubadlı rayonunun Zilanlı, Mahruzlu və Xanlıq kəndlərində olub, evlərdə, ictimai və inzibati binalarda layihəyə uyğun quraşdırılmış və quraşdırılması nəzərdə tutulan Günəş panellərinin texniki parametrlərinə dair ətraflı məlumat əldə edib.
Məskunlaşması həyata keçirilən və ya davam etdirilən Zəngilan rayonunun Ağalı kəndi, Laçın rayonunun Zabux, Sus və Bəylik kəndlərində, Şuşa şəhərində alternativ enerji avadanlıqları ilə təchiz olunmuş evlərə də baxış keçirilib, sakinlərlə müzakirələr aparılıb, alternativ enerji avadanlığının ailə büdcəsinə qatqısı barədə sakinlərin fikirləri öyrənilib.
Səfər zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Şuşa Şəhər Qoruq İdarəsinin əməkdaşlarına İctimai Birlik barədə, layihənin məqsədi, icra strukturu və səmərəliliyi haqda geniş məlumat verilib. Eləcə də müvafiq qurumların əməkdaşlarından Günəş panellərinin texniki parametrlərinə uyğun mümkün və lazımi məlumatlar əldə edilib, aparılan sistemli və dayanıqlı yenidənqurma işlərinin növbəti mərhələləri barədə müzakirələr aparılıb.
Layihə çərçivəsində Yaşıl Enerji Konsepsiyasına uyğun olaraq Cəbrayıl rayonunda tikintisi nəzərdə tutulan 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasına da baxış keçirilib, layihə barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.
Layihənin icra planına uyğun olaraq növbəti aylarda Energetika Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin iştirakı ilə Laçın və Şuşa rayonlarında məskunlaşmış əhali üçün təlimlər təşkil ediləcək.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
$randId = "yandex_rtb_R-A-15871244-" . rand(1111111, 9999999); ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>