AZ

İsrail bütün diplomatik nümayəndəliklərini bağlayır

BAKI, TurkicWorld

İsrailin dünya üzrə bütün səfirlikləri bağlandı – Konsulluq xidmətləri dayandırılıb.

TurkicWorld xəbər verir ki, İsrailin Stokholmdakı səfirliyi açıqlama yayaraq, ölkənin bütün dünyadakı diplomatik nümayəndəliklərinin bağlandığını və konsulluq xidmətlərinin müvəqqəti olaraq dayandırıldığını bildirib.

Açıqlamada bu qərarın “son hadisələr və təhlükəsizliklə bağlı yaranmış vəziyyət” səbəbindən verildiyi qeyd olunub.

İsrailin diplomatik missiyalarında fəaliyyətin nə zaman bərpa ediləcəyi ilə bağlı rəsmi məlumat paylaşılmayıb.

Qeyd edək ki, qərar İsrailin bir neçə gün öncə İranda həyata keçirdiyi genişmiqyaslı hücumlardan sonra verilib. Bugün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektləri, Luristan və Kirmanşah şəhərlərinə hava hücumları təşkil edib. Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri, SEPAH baş komandanı Hüseyn Salami və 6 nüvə alimi həlak olub. Eyni zamanda, mülki obyektlərin də hədəf alındığı bildirilir.

Seçilən
3
turkic.world

1Mənbələr