AZ

Neymar karyerasını "Fənərbaxça"da davam etdirə bilər

"Santos"un hücumçusu Neymar karyerasını "Fənərbaxça"da davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Türkiyə klubu braziliyalı cinah oyunçusuna əlavə bir il uzadılmaq imkanı ilə birillik müqavilə təklif edib. Neymarın "Santos"la olan müqaviləsində ona istənilən Avropa klubuna pulsuz keçməyə imkan verən xüsusi bənd mövcuddur.

Bu mövsüm 33 yaşlı futbolçu bütün turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Seçilən
13
operativmedia.az

1Mənbələr