Ajans.az xəbər verir ki, bu barədə “Regnum” xəbər agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp dünyanın ən yaxşı və ölümcül hərbi texnikasını istehsal etdiklərini və İsraildə bunun kifayət qədər olduğunu bildirib. Amerika lideri əlavə edib ki, İranın İsraillə sövdələşməsi lazımdır. İsrail Əm Qələvi (“Xalq Aslan kimi”) əməliyyatına başlayıb və İranın müxtəlif bölgələrində onlarla hərbi obyektə hücum edib. İyunun 13-də İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-ə yaxın qırıcı təyyarə İslam Respublikası ərazisində yüksək rütbəli hərbçilərin sığınacaqları da daxil olmaqla, 100-dən çox hədəfə hücum edib. Nəticədə İran rejiminin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami və Fövqəladə Hallar Komandanlığının rəhbəri Qulam-Əli Rəşid öldürülüb. Bundan əvvəl xəbər verilmişdi ki, müharibə müxbiri İsrailin İranın nüvə proqramına qarşı əməliyyatının başlaması barədə danışıb.