AZ

Xalqın istəyi ilə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycan tarixində yeni mərhələ oldu - Deputat

Bakı. Trend:

1993-cü ilin 15 iyunu Azərbaycanın müasir tarixinə bir dönüşnöqtəsi kimi daxil olub. Bu tarix ölkəmizdə ictimai-siyasisabitliyin bərpa olunması, vətəndaş müharibəsinin qarşısınınalınması və dövlətçiliyin qorunması baxımından həlledici roloynayıb. Məhz bu səbəbdən 15 İyun Azərbaycan tarixində MilliQurtuluş Günü kimi qeyd olunur.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpaedən Azərbaycan Respublikası, təəssüf ki, siyasi sistemsizlik,idarəetmə böhranı və separatizm meylləri ilə üzləşdi. Qarabağmüharibəsinin davam etməsi, eyni zamanda daxildə silahlıqruplaşmaların yaranması ölkədə xaosa səbəb oldu. Xalq hakimiyyətəinamını itirmiş, ölkə vətəndaş müharibəsi astanasına gəlibçatmışdı.

“AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyisisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuzəməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq vəparçalanma meyllərinin baş qaldırması, bütün bunların ölkənindaxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmasıAzərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzəqoymuşdu”.

Deputat qeyd edib ki, bir tərəfdən isə Ermənistanın Azərbaycanaqarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsivəziyyəti daha da çətinləşdirirdi. Hakimiyyətin başı isə daxilisiyasi çəkişmələrə, vəzifə uğrunda mübarizəyə, dövlət əmlakınınmənimsənilməsinə qarışmışdı və bu acınacaqlı vəziyyət ölkəmizi hərgün biraz daha uçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalarbəzi siyasi “lider”lərin rəhbərliyi altında hakimiyyət uğrundamübarizəyə cəlb olunmşdu.

“Siyasi böhranla yanaşı ölkədə hökm sürən iqtisadi tənəzzül,ərzaq qıtlığı insanların sosial durumunu olduqca çətin vəziyyətəsalmışdı və bütün bunlar xalqın bu gündən sabaha ümidini, inamınıqırmışdı”.

A.Həsənova bildirib ki, məhz belə bir vaxtda xalq çətinvəziyyətdən çıxış yolunu Vətənini, xalqını sevən Ulu öndər HeydərƏliyevin yenidən hakimiyyətə gəlməsində gördü:

“Xalqımız bu tələblə küçələrə çıxmağa başladı. Xalqımız çoxyaxşı başa düşürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız HeydərƏliyev kimi cəsarətli, uzaqgörən, zəngin dövlətçilik təcrübəsinəmalik bir rəhbər çıxara bilər. Ulu öndər xalqın səsinə səs verdi vəbu çətin və məsuliyyətli vəzifəni üzərinə götürdü. Beləliklə1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə HeydərƏliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixindədönüş nöqtəsi, yeni bir mərhələ oldu.

Bütün həyatını xalqına və dövlətinə həsr etmiş dahi şəxsiyyətHeydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamınıözünə qaytarmaqla yanaşı müstəilliyimizin möhkəmlənməsinin vəölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Heydər Əliyevtərəfindən atılan çevik və əməli addımlar nəticəsində ölkədə qısamüddət ərzində ictimai-siyasi sabitliyə nail olundu, qanunsuzsilahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlətçevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətliatəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı”.

A.Həsənova vurğulayıb ki, bütün sahələrdə olduğu kimi müstəqilAzərbaycanın iqtisadi inkişafı üçün mühüm işlər görülməyəbaşlanıldı:

“Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə, ocümlədən ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərinəsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüdfəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkəniniqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.

Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədəbazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazasıyaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusionalislahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişiklikləredilməsi üçün müvafiq addımlar atıldı”.

A.Həsənova qeyd edib ki, bütün qeyd olunanlar ümummilli liderHeydər Əliyevin müstəqil Azərbaycanın möhkəmlənməsi və inkişafıistiqamətində gördüyü işlərin çox cüzi bir hissəsidir:

“Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavanşəraitdə yaşadığımıza görə məhz ümummilli lider Heydər Əliyevəborcluyuq.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentİlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan həm siyasi, həm dəiqtisadi baxımdan sabit və güclü bir dövlətə çevrilib. 2020-ci ildəəldə edilən tarixi Zəfər də göstərdi ki, 1993-cü ilin 15 iyunundaatılmış qurtuluş addımı bu gün dövlət müstəqilliyinin və ərazibütövlüyünün təminatına qədər uzanan bir tarixi yolun başlanğıcıolmuşdur”.

Seçilən
2
az.trend.az

1Mənbələr