“İqor Boqomolskinin “Zirə”yə keçidini bir çoxları təəccüblə qarşılayır.
Deyirlər ki, “Neftçi”də izlədiyimiz belaruslu hücumçunun gəlişinə Rəşad Sadıqov necə razı olub?
Ötən mövsümlərdəki “Neftçi”yə hansı futbolçunu gətirsəydin, keyfiyyətini ortaya qoya bilməzdi.
Düşünürəm ki, Boqomolski də belə futbolçulardandır. Sistem komandasında faydalı iş əmsalı daha yüksək ola bilər. Hər bir halda Rəşad Sadıqov nə edəcəyini çox yaxşı bilir”.
Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində Elçin Cəfərov tərəfindən səsləndirilib.
Tanınmış jurnalist “Zirə”nin yeni transferi İqor Boqomolski ətrafında gedən söz-söhbətlərə aydınlıq gətirib. Keçidin Rəşad Sadıqovun komandasına dəyəcək faydalı olması ehtimalından bəhs edib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.