AZ

Azərbaycanın ən böyük süd məhsulları şirkəti bazarı tərk edir

"Milk - Pro" MMC ləğv olunduğunu elan edib.

Teleqraf Vergi Xidmətinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1089 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Milk - Pro" MMC 1991 – ci ildə tibbi - bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilib. Şirkətbir zamanlar "Sevimli-Dad" adda mağazalarla bazara daxil olmuşdu. Şirkət müxtəlif illərdə vergi öhdəliklərinin icra etmədiyi üçün cərimələnib. Şirkətin qanuni təmsilçisi Müstafa Məmmədovdur. Nizamnamə kapitalı 900 manatdır.

Şirkətin təsisçiləri arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan İnvestitsiya şirkətləri olub. Şirkətin tərkibində 3 süd və 2 meyvə emalı zavodu fəaliyyət göstərir. Hövsan qəsəbəsində şirkətin tərkibinə daxil olacaq yeni Bakı süd zavodu tikilmişdi.

Seçilən
41
teleqraf.com

1Mənbələr