AZ

İqtisadi rıçaqlarımız kifayət qədər mövcuddur



Bu gün dövlətçilik ənənəsinin nə olduğunu bilməyən, dərk etməyən, savadsız və dövlətə düşmən kəsilənlər sanki öz çirkin niyyətlərini üzə çıxarmaq üçün yarışa çıxıblar.
Səbəb isə budur: dünyada gedən bəzən radikal, bəzən yumşaq formada təzahür edən aktiv proseslər, yeniliklər və yeni nizam bu tip insanların dərrakəsinə, düşüncəsinə sığmır.
Bu səbəbdən nə etmək lazımdır? Mütləq şər, böhtan, qarayaxma və düşmənçilik, xəyanət "peşələrinin" diplomundan istifadə etmək üçün o diplomu təsdiqləmək lazımdır.
Ölkəmizə qarşı aparılan bu çılız xəyanətkarların məqsədi aydındır: gücləri çatmayanda, hakimiyyətin bu dövlət üçün qurduğu, böyük düşüncə ilə yaratdığı diplomatik qalaya uzaqdan xəyanət atəşi açmaq.
Sizin ağıl səviyyəniz bu müasir standartları qəbul edə bilmirsə, müasir siyasi dizaynın, layihənin proyektini oxuya bilmirsə, mütləq xəyanət diplomunuzu üzə çıxartmaq üçün bunları etməlidir. Ay zavallılar, dövlətçilik ənənəsini möhkəmləndirmək və dövlətin qorunması üçün strateji müdafiə anlayışı mövcuddur.
Bu yalnız hərbi deyil, siyasi, iqtisadi, informasiya, ideoloji, diplomatik sahələrdə dövlətin davamlılığını, suverenliyini təmin etmək üçün kompleks tədbirlər sistemidir. Hərbimizi yaratdıq, yüksək hərbi potensiala malik bir ölkəyə çevrilib, müdafiə sistemimizi qurmuşuq.
Siyasi uğurlarımız, diplomatik qələbələrimiz, informasiya müharibəsindəki üstünlüklərimizi və milli ideologiyamızı yaratmışıq.
İqtisadi rıçaqlarımız kifayət qədər mövcuddur və gələcək planlamada daha uğurlu nəticə əldə etmək üçün ciddi prosesləri görürük. Dünya iqtisadi böhranlarını da nəzərə almaqla yanaşı suverenliyimiz və ərazi bütövlüyümüzdə bərpa olunub.
Ümumilikdə, dövlətin milli maraqları və sabitliyi üçün uzunmüddətli, sistemli, çoxsahəli tədbirlər toplusunu həyata keçirmişik.
Strateji müdafiə müasir dövrdə tək və yalnız top, tüfənglə, süngü ilə, yaba ilə olmur. Fikir savaşı, məlumat savaşı, ictimai şüurun müdafiəsi üçün savaş, bütün bunlar həyata keçirilir və bundan sonra onun müdafiəsi üçün daxili birlik və strateji düşüncəni qazanmışıq.
Sizin indi dedikləriniz qətiyyən Azərbaycanın müdriklik qübbəsinə təsir etmir, çünki bu müqəddəs qübbəyə xəyanət və sərsəmlik təsir edə bilməz.

Ramil Hüseynov,
"YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri,
Seçilən
8
1
newscenter.az

2Mənbələr