AZ

“Çox yatmağın bir çox psixoloji səbəbləri var” - PSİXOLOQ DANIŞDI

“Əvvəla onu qeyd edim ki, çox yatmağın bir çox psixoloji səbəbləri var. İlk səbəblərdən biri insanın xroniki yorğunluqdan əziyyət çəkməsidir. Xüsusilə bu hal yay aylarında başlayırsa, bu artıq yay depressiyasının ilkin əlamətləri ola bilər. İnsan sanki getdikcə tükənir, yorğunluq da dərinləşir və bu, psixoloji cəhətdən yüklənmənin bir növ baş qaldırması kimi ortaya çıxır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Aytən Ələkbərova sözlərinə belə davam edib: “Digər tərəfdən, D vitamini çatışmazlığı da bu halın yaranmasına səbəb ola bilər. Bəzən görürük ki, gecələr yatmayan, serotonin hormonunu düzgün şəkildə qəbul etməyən insanlar gündüz vaxtı bütün günlərini yatmaqla keçirirlər. Sanki axşam saat 8-9-dan sonra onlara bir enerji gəlir, “yaşamaq enerjisi” kimi bir şey. Amma səhər açılırsa və onlar evdədirsə, bütün gününü halsız, yorğun və ruhsuz keçirəcəklər.

Ən əsas səbəblərdən biri isə psixoloji təhlükəsizlik hissinin aşağı düşməsidir. Bu hiss azaldıqca, insan depressiyaya meyilli olur və ya artıq başlamış xroniki depressiya daha da dərinləşir. Eyni zamanda xroniki yorğunluq da buna əlavə olunur. Bütün bunlar bir yerdə insanın bütün günü yatmaq istəyini artırır”.

Ayşən Vəli

Seçilən
30
1
sia.az

2Mənbələr