2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 65,2 milyon manatlıq içkilər və tütün məmulatları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,1% artım deməkdir.
Bu məhsul qrupu ümumi pərakəndə ticarət dövriyyəsinin 4,6%-ni təşkil edib.
Təkcə may ayı ərzində içki və tütün məmulatlarının satışı 162,3 milyon manat olub.