Son 1 saat ərzində İsrail sərhədlərində 5-ə yaxın İran dronu aşkarlanaraq məhv edilib
Operativ Media xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Onlardan 3-ü Qırmızı dəniz bölgəsində İran tərəfindən buraxılıb və İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus “Saar-6” hərbi gəmisinə quraşdırılmış dəniz “Dəmir Qübbə” müdafiə sistemi tərəfindən uğurla məhv edilib.
İsrail Müdafiə Qüvvələri insidentin təfərrüatlarını araşdırmağa davam edir və hava məkanının müdafiəsini gücləndirib.