AZ

Əli Məsimli: “Bununla "Azərsu", "Azəriqaz"ın xərclərini tamamlamaq mümkün olmayacaq”

Yazını böyüt
Yazını kiçilt

"Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə, qazı bağlayıb, oduna keçirlər. Odun da baha olduğundan, həyətlərindəki ağacları kəsirlər. Qazın pulunu ödəyə bilməyən, odun ala bilməyib həyətindəki ağacı kəsən abonent işlətmədiyi qaza görə necə xərc ödəsin? Burada heç bir məntiq görmürəm”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli bildirib.

“Bu, optimal üsul deyil. Optimal üsul həmin sahələrdə islahatlara getməkdir. Optimal üsul idarəetmə sistemini təkmilləşdirmək və sonra isə xərclərin azaldılmasına nail olmaqdır", - deputat əlavə edib.

Ə.Mənsimli qeyd edib ki, rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə dəyişikliklərlə "Azərsu", "Azəriqaz"ın xərclərini tamamlamaq mümkün olmayacaq.

Seçilən
10
hafta.az

1Mənbələr