AZ

DOLLAR “SİLKƏLƏNİR”... “Bu vəziyyət ABŞ valyutası üçün ciddi sınaqdır”

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ nüfuzunu itirdikcə, valyutası risk altına düşür

Son zamanlar, xüsusilə də Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ dolları çətin günlər yaşamağa başlayıb.

“AzPolitika” xəbər verir ki, “Bloomberg” nəşrinin yazdığına görə, İsrailin İrana hücumu dollara olan etibarı daha da sarsıda bilər. Qeyd olunur ki, dolların böhran zamanı etibarlı sığınacaq kimi qazandığı reputasiya risk altındadır: “Bu vəziyyət Amerika valyutası üçün ciddi sınaqdır”.

“Bloomberg” yazır ki, İsrailin İrandakı hədəflərə hava zərbələri endirməsi xəbəri çıxanda dollar dərhal ucuzlaşıb, sonra isə əksər əsas valyutalar qarşısında möhkəmlənməyə başlayıb: “ABŞ-nin dünyanın ən böyük neft istehsalçısı kimi mövqeyi, ehtimal ki, dolların bərpasına kömək etdi”.

Eyni zamanda, “Bloomberg” qeyd edir ki, Dollar İndeksi artan tariflərlə bağlı narahatlıqlar və ABŞ iqtisadiyyatı üçün pisləşən proqnoz fonunda son üç ilin ən aşağı səviyyəsinə enib: "Dollar və yen kimi aktivlər üç əsas sütuna əsaslanır: iqtisadi sabitlik, likvidlik və etibarlılıq. Dolların bu il zəifliyi hər üç sütunda çatların olduğunu ortaya qoyur".

Qeyd olunur ki, Dollar İndeksi bu il təxminən 8% ucuzlaşıb. Çünki Donald Trampın qlobal ticarəti əsaslı şəkildə yenidən nəzərdən keçirməsi investorların ölkənin iqtisadi böyümə potensialına inamını azaldıb. Həmçinin, ABŞ-nin dünyada təhlükəsizliyin, siyasi və hərbi ittifaqlardakı rolunun Tramp tərəfindən sual altına alınması da dollara olan inamı sarsıdır.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
azpolitika.info

1Mənbələr